"Hizbullah" İsrailə hücum etdi - 50-dən çox raket və dronla...

1 Aprel 2026 03:04 (UTC+04:00)

"Hizbullah" döyüşçüləri İsrail Müdafiə Qüvvələrinin (İMQ) mövqelərinə və Yuxarı, Aşağı və Qərbi Qalileydəki yaşayış məntəqələrinə 50-dən çox raket və pilotsuz uçuş aparatı buraxıb. Bu barədə hərəkatın "Telegram" kanalındakı bəyanatında deyilir.

"Müqavimət qüvvələri dinc əhalinin bombardman edilməsinə, insanların köçürülməsinə və evlərin sökülməsinə cavab olaraq Livanın və onun xalqının müdafiəsi üçün "Xeybər - 2" əməliyyatının başladığını elan edir", - məlumatda bildirilib.

Mətləb