Televizorun qarşısında yatmaq necə təhlükəli xəstəliklər yaradır...

31 Mart 2026 19:35 (UTC+04:00)

...Televizora baxa-baxa yuxuya getmək ürək-damar xəstəlikləri riskini artırır.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə nevroloq Tatyana Xrebtova danışıb.

...Tədqiqatlara görə, ekran işığı və daimi parlaqlıq dəyişiklikləri ilə yatmaq sirkadian ritmlərini pozur, yuxu keyfiyyətini pisləşdirir və insult riskini artırır.

Bu, beynin sabit, zəif işıq mənbəyindən daha güclü şəkildə bu cür dəyişikliklərə reaksiya verməsi ilə bağlıdır.

...İnsanlar onları xatırlamırlar, amma onlar yuxunun davamlılığını pozurlar. Beyin tamamilə bağlanmır və vacib siqnalları qismən emal etməyə davam edir, - deyə həkim izah edib.

Nevroloq əlavə edib ki, uzun müddət pis yuxu qan təzyiqinin və qlükoza səviyyəsinin artmasına, eləcə də bədəndə gizli iltihabın inkişafına səbəb olur.

Xrebtova görə, hipertoniya, diabet, piylənmə kimi xəstəlikləri olan insanlar və hətta siqaret çəkənlər xüsusilə diqqətli olmalıdırlar.

...Britaniyalı alimlərin araşdırmalarına görə, sosial media yeniyetmələrdə zehni sağlamlıq problemlərinə səbəb olur. Onların istifadəsi depressiya və narahatlıq inkişaf riskini əhəmiyyətli dərəcədə artırır.

Onlayn platformalarda gündə üç saatdan çox vaxt keçirən uşaqların ruhi sağlamlıq problemləri ilə qarşılaşma ehtimalı digərlərinə nisbətən daha yüksəkdir.

Lakin, ekran qarşısında vaxtlarını gündə 30 dəqiqə ilə məhdudlaşdıran həmyaşıdları daha az həssasdırlar.

Bu tendensiya ən çox qızlar arasında nəzərə çarpır və xroniki yuxu çatışmazlığında özünü göstərir.

Gənc istifadəçilər tez-tez gecələri cihazlarından istifadə edərək düzgün istirahət və bərpa üçün lazım olan vaxtı qurban verirlər.

Əli Babayev