Şəkidə yaşayış evində baş verən partlayışda bir neçə nəfər xəsarət alıb.
SİA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında şəhər ərazisində fərdi yaşayış evlərindən birində qeyd alınıb.
İlkin məlumata görə, partlayış qaz sızmasından baş verib.
Partlayış zamanı xəsarət alanların olduğu bildirilir.
Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə, tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan iki qadının vəziyyəti orta ağır qiymətləndirilir. Hazırda onların müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində davam etdirilir.