...ABŞ-dakı ən dar avtomobil blogger Tayler Feaverin komandasının yaratdığı avtomobildir.
SİA xəbər verir ki, o, avtomobilin quruluşunu və istismarını YouTube kanalı olan Prop Department-də yayımlanan videoda təsvir edib.
Bu dəbdəbəli layihə iki həftə ərzində tamamlanıb. Donor avtomobil Mazda 121-in Şimali Amerika versiyası olan kompakt 1988-ci il Ford Festiva hetçbeki idi.
Avtomobil uzununa kəsilib və mərkəzi hissəsi çıxarılıb. Dəqiq eni açıqlanmayıb, lakin videoda avtomobilin 90 santimetr enində qapıdan keçdiyi göstərildiyi kimi, onun 1 metrdən (3,5 fut) az olduğu məlumdur.
Ford Festiva artıq iki nəfərlikdir və sürücünün arxasında yeganə sərnişin oturur - motosiklet kimi. Sükan hətta çox geniş olduğu üçün qısaldılmalı olub. Lakin qapılar, faralar və siqnal standart olaraq qalıb.
Asqı və əyləclər də saxlanılıb. Benzin mühərriki artıq Ford Festiva-ya uyğun gəlmədiyi üçün kiçik bir elektrik mühərriki quraşdırılıb.
O, çıxarıla bilən batareya ilə birlikdə elektrikli velosipeddən götürülüb. Avtomobil qeydiyyatdan keçmiş və sığortalı olaraq qalır. Səssiz gedişinə baxmayaraq, Tayler Fiver onu şəhərdə sürməkdən çəkinmir.
Nazlı Almuradova