Reallıq ondan ibarətdir ki, ermənilər nəinki region üçün, ümumilikdə, dünya üçün təhlükə mənbəyidir. Çünki bu vəhşi toplum fəaliyyətini və məqsədlərini terror aktları törətmək, kütləvi qətliamlar həyata keçirməklə qurur. Bu baxımdan demək olar ki, dünyanın əksər xalqları erməni terrorundan əziyyət çəkib. Ermənilərin törətdikləri terror aktları nəticəsində minlərlə insan həyatını itirib, şəhər və qəsəbələr, kəndlər dağıdılıb. Xüsusilə də, azərbaycanlılar erməni terrorundan ən çox əziyyət çəkən xalqlardandır. Təkcə 1918-ci il mart qırğınları zamanı ermənilər 50 minə yaxın azərbaycanlını qətlə yetirmişlər. Hər il Azərbaycanda 1918-ci il 31 mart qırğını xalqımıza qarşı soyqırımı günü kimi qeyd olunur. Ümummilli Liderimiz Heydər Əliyev 26 mart 1988-ci il fərmanı ilə 1918-ci il hadisələrinə siyasi qiymət verilib və bu qırğınla bağlı elmi araşdırmaların aparılması tövsiyə edilib. Onilliklər ərzində erməni-daşnak millətçiləri və onlara havadar olan ideoloqları erməni millətinə qarşı qondarma genosid hadisələrini hər zaman yad edir. Əvəzində isə Qərbi Azərbaycanda tarix boyu yaşamış əhalini təzyiqə məruz qoymaları və onlara qarşı bilərəkdən törədilən cinayətləri hər zaman ört-basdır edib və onu gizli saxlayıblar. XIX-XX əsrlər arasında çox hissəsi Qərbi Azərbaycan (indiki Ermənstan adlanan) yalnız İrəvan quberniyasının ərazisində 407.4 min nəfər əhali yaşayırdı ki, bunun da 250 min nəfərdən çoxu azərbaycanlılardan ibarət idi. 1918-ci ildə azərbaycanlıların sayı 575 min nəfər təşkil edirdi. Daşnak partiyası "böyük Ermənstan" yaradılması məqsədilə Azərbaycan və Gürcüstana qarşı müharibə aparmağa başlamışdı. XX əsrin əvvəllərindən başlayaraq ardıcıl şəkildə tarixi Qərbi Azərbaycan ərazisində ermənilər xarici ölkədən kütləvi şəkildə köçürülüb. Qafqazın cənubunda indiki Ermənistan dövlətinin yaradılması üçün Qərbi Azərbaycanın ən qədim ərazilərindən ata-baba yurdlarından qovulması, onların deportasiya prosesi məqsədyönlü şəkildə həyata keçirilib. 1905-1907-ci illərdə çar Rusiyasının hakim dairələri tərəfindən müdafiə olunan və hərəkətə gətirilən erməni millətçiləri azərbaycanlılara qarşı genişmiqyaslı qətllər və vəhşiliklər törətdilər. Yüzlərlə yaşayış məntəqələri dağıdıldı, minlərlə azərbaycanlı erməni terrorunun qurbanı oldu.
Bakıda azərbaycanlılara qarşı soyqırımına başlamaq üçün bəhanə tapıldı
Erməni daşnak qüvvələrindən ibarət xüsusi dəstələr 1918-ci ilin yanvarından etibarən Salyana və Lənkərana basqınlar edərək yolda müsəlman kəndlərini yandırır və talayırdılar. Astara topa tutularaq darmadağın edilib və kəndlər xarabaya çevrilirdi. Bakıda azərbaycanlılara qarşı soyqırımına başlamaq üçün bəhanə tapıldı. H.Z.Tağıyevin faciəli şəkildə həlak olmuş oğlu Məhəmmədin dəfn mərasimində iştirak edən "Dikaya diviziya"nın bir qrup əsgər və zabitinin "Evelina" gəmisində Lənkərana qayıtmaq istədikdə bolşeviklər tərəfindən tərksilah edilməsi əhalinin mübarizliyini son həddə çatdırdı. Əhali tələb edirdi ki, silahlar geri qaytarılsın. Bolşeviklər bu tələbin yerinə yetiriləcəyini vəd etdilər. Lakin bunun əksinə olaraq, martın 30-da başlanacaq döyüşlərə başçılıq etmək üçün Bakı Sovetinin İnqilabi Müdafiə Komitəsini yaratdılar. Komitəyə S.Şaumyan, A.Çaparidze, Q.Korqanov, İ.Suxartsev, S.Sarksyan, M.Yolçiyan daxil oldular. Lakin gəmidəki müsəlman əsgər və zabitlər ultimatumu rədd etdilər. Bu hadisələrin törədilməsi üçün ermənilər şantaj və təxribat metoduna əl atdılar. Bakıda 1918-ci il mart qırğınına başlamaq üçün erməni daşnakları şayiə yaydılar ki, H.Z.Tağıyevin Lənkəranda xidmət edərkən təsadüfən aldığı güllə nəticəsində həlak olan oğlunun dəfnində iştirak edən müsəlman əsgərləri güya Lənkəran ruslarına (malakanlara) hücum edib onları qıracaq.1918-ci il martın 30-u sübh çağı erməni-rus birləşmələri gəmi və təyyarələrdən şəhərin müsəlmanlar yaşayan hissələrini (İçərişəhər, Kubinka, Güllüdərə) bombardman etdilər. Silahlı erməni əsgərləri, eləcə də Bakıda yaşayan erməni ziyalıları da Sovet dəstələri tərəfindən döyüşlərə daxil oldular.Erməni daşnak təxribatı və fitnələri ilə dənizdən rus hərbi gəmiləri əhalinin yaşadığı müsəlman məhəllələrini toplardan atəşə tutdular. Ermənilər rus dənizçilərini inandıra bilmişdilər ki, güya müsəlmanlar rusları qırıblar. Dənizçilər gördülər ki, bu ermənilərin təxribatıdır. Onlar atəşi dayandırdılar. Bakıda erməni və bolşevik dəstələri əhalini atəşə tutmaları nəticəsində azərbaycanlılar müqavimət göstərə bilmədilər. Silahlı hərbi daşnak birləşmələri evlərə soxularaq qadınları, körpələri və qocaları misli görünməmiş vəhşiliklə qətlə yetirirdilər. Erməni quldur dəstələri məhəllələrə soxularaq əhalini öldürür, onları xəncər və süngülərlə doğrayır, yandırılmış evlərə uşaqları atır, südəmər uşaqları süngülərin ucuna keçirirdilər. Hadisələrin ilk vaxtlarında torpağa 57 müsəlman meyiti basdırıldı.Onların qulaqları, burunları qoparılmış, qarınları yırtılmış, əzaları kəsilmişdi. Kimsəyə rəhm edilmirdi. Uşaqlara rəhm edilmədiyi kimi qocalara da aman yox idi. Məsələn, Əlizadə Hacı Əmirin evində 80 yaşlı anası və 60-70 yaşlı qadınları öldürülmüş, 25 yaşındakı gəlini isə diri-diri divara mismarlanmışdı.
Erməni vəhşiliyindən dünya xalqları dəhşətə gəlib
Erməni vəhşilikləri yalnız bir yerdə dəhşətli şəkildə qətlə yetirilmiş-qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 37 müsəlman qadının meyiti tapılmışdı. Erməni dəstələrindən biri müsəlman evlərinə soxularaq 8 qadın və uşağı güllələmişdi. Başqa bir erməni quldur dəstəsi Fars küçəsində Bala Əhməd Muxtarovun evinə soxularaq 9 azərbaycanlı ziyalını küçəyə çıxararaq kilsə meydanında güllələmişdir. Bakıda xalqımıza aid binalar, milli rəmzlər, mədəniyyət ocaqları dağıdıldı və yandırıldı. Qadınların saçlarını bir-birinə bağlayaraq üryan (çılpaq) halda küçəyə qaçmağa sövq edir, digərlərini tüfəng qundaqları ilə vururdular. Üç gün ərzində Bakıda 17 minə qədər azərbaycanlı qətlə yetirildi. "Kaspi", "Açıq söz" qəzetlərinin redaksiyası eləcə də Müsəlman Xeyriyyə Cəmiyyətinin yerləşdiyi "İsmailiyyə" binası yandırıldı. Bakıda bolşevik və erməni daşnakları tərəfindən qırğın 3 gün davam etdi. 1918-ci il mart qırğınları ərəfəsində Stalin Azərbaycana bir məktub göndərir. "Stepan, Alyoşaya, başqa dostlara. Bütün Cənubun mühüm nöqtəsi olan Bakı artıq hər tərəfdən mühasirəyə alınıb. Sizə 2 tərəfdən - Daşkənddən və Şimaldan yardım gəlir". Azərbaycanın artıq dərəcədə "qayğısını çəkən" Lenin Stalinə belə bir göstəriş vermişdir: "Əksinqilabçıların əlində alət olmuş, miskin və hay-küyçü fitnəkarları hər yerdə amansızcasına əzmək lazımdır. Bakı məsələsində siz mütləq Şaumyanla əlaqə saxlamalısınız. Bu, ən mühüm cəhətdir. Beləliklə, hər kəsə amansız olun və bizə tez-tez məlumat verin".Abbas Kazımzadənin başçılıq etdiyi heyət qırğının qarşısını almaq üçün Şaumyan, Fialetov və Çaparidze ilə danışıqlara başladı. Nümayəndə heyəti danışıqlardan dönərkən onların iki nəfəri qətlə yetirildi. Aprelin 1-də daşnaklarla "Atəşkəs müqaviləsi" bağlandı. Şərtə görə müsəlman qüvvələr hakimiyyəti Şaumyan Komitəsinə verdi. Məşədi Əzizbəyov Bakıya başçı təyin edilsə də, qorxu içərisində şəhəri tərk edən müsəlmanları sakitləşdirə bilmədi. Qafqaz cəbhəsindən türk qoşunları geri çəkilərkən Türkiyə erməniləri Qafqaz erməniləri ilə birləşdilər. Bir tərəfdən Andranikin, digər tərəfdən, Dro, Keri, Muradın quldur dəstələri hərəkət edirdilər. Məhz bu vaxt Şaumyanın və Avakyanın fitnəkarlığı sayəsində Şamaxı hadisələri ilə əlaqədar yazılmış məktub Gəncə komendantının əlinə keçdi. Bu məktubda Şaumyan və Avakyanın qaniçən olduqları açıq-aydın görünürdü. Mart hadisələrinin hansı səbəblərlə və məqsədlərlə baş verməsi bolşevik mətbuatında, siyasi liderlərin çıxışında eləcə də Şaumyanın 13 aprel BXKS-nin çağırılmış tarixi məruzəsində daha ətraflı şərh edilir. O, yazırdı ki, "biz döyüşlərdə parlaq nəticələr əldə etmişik. Düşmən tamamilə məhv edilmişdir". O, daşnaksütyun partiyasının köməkliyi ilə müsəlman "əksinqilabının" ləğv edilməsindən, Bakını "Azərbaycan xalqının paytaxtına çevirmək xülyasına düşən" müsavatçıların və digər müsəlman milli cəmiyyətlərinin dağılmasından sonra bolşeviklərin Bakıya tam sahib olduğunu bilirdi. Ermənilərin törətdikləri mart hadisələri yalnız Bakı ilə qutarmadı. Erməni bandaları 1918-ci ilin aprelindən hərəkətə gələrək Şamaxıda, Quba-Xaçmazda, Lənkəranda, Hacıqabul və Səlyanda cinayətlər və qırğınlar törətdilər. Daşnak Amiryan və Lalayanın başçılığı ilə Şamaxının bütün müsəlman əhalisi qılıncdan keçirildi və 7 min nəfərədək adam, o cümlədən, 1653 qadın və 965 uşaq qırdılar. Erməni quldurları bu ərazinin 40-a yaxın kəndini darmadağın etdilər. Ərazidə yaşayanların ucdantutma qırılması, hamilə qadınların qarınlarının yırtılması, qızların vəhşicəsinə təhqir olunması, diri-diri yandırılması və bütün bunlar daşnaklar arasında "bəzi haqsızlıqlar" adlandırıldı. Fövqəladə İstintaq Komissiyasının sənədlərində qeyd edilir ki, təkcə yanvarda Bakıdan 16 araba silah gətirilmişdi. Bakı Soveti və onun daşnak üzvləri martın ortalarında Şamaxıya 2 min erməni əsgəri, 60 araba silah göndərmişdilər. Sənəddə göstərilir: "Çoxlu uşaq və qadınla gizlənmiş Axund Molla Cəfər öldürüldü. Erməni azğın əsgərləri məscidə soxularaq, Axundu tapıb onun gözlərini çıxartdılar, dilini, burnunu və qulaqlarını kəsdilər, üzünün və başının dərisini soydular və güllələdilər. Axundun evində və məsciddə olan bütün qadınları öldürdülər".
Soyqırımı aktlarının başında terrorçu S.Şaumyan dayanmışdır
Erməni terror dəstəsinin rəhbəri S.Şaumyan tərəfindən xüsusi səlahiyyət alan Amazasp Quba qəzasında 1918-ci ilin aprelində hücuma keçərək 122 müsəlman kəndini dağıtdırmış, yüzlərlə insan qılıncdan keçirilmişdir. Lənkəranda 2 minlik erməni ordusunun həyasızlığı o dərəcəyə çatmışdır ki, burada olan gürcülər silaha sarılaraq soyğunçuluğun qarşısını almışdı. Bakıda və qəzalarda xalqımıza qarşı düşünülmüş soyqırımı siyasətində erməni kilsəsi yaxından iştirak etmişdir. Ermənilər Bakı qırğınından doymayaraq Lənkəranda, Quba-Xaçmazda ən əsası isə Ağsu və Şamaxıda dəhşətli qətllər törətdilər. Yalnız Gəncədə Nəsib bəy Yusifbəylinin səyi nəticəsində 118 və 119 rus alayları tərksilah olunaraq qovulduğu üçün, eləcə də Şəmkirdə yerləşən rus ordusundan ələ keçirilən silahlar Gəncə əhalisinə paylandığına görə ermənilərin azərbaycanlılara silahlı basqın etməyə gücü çatmadı. Bakı əhalisi də təcavüzə məruz qalmaqda idi. Erməni daşnak dəstələri 1918-ci ilin mart-aprel aylarında Bakıda, Muğanda, Qubada 50 mindən çox adamı qətlə yetirib, on minlərlə adamı torpağından didərgin salıblar.1918-ci ilin yaz payızında Zəngəzur qəzasında 115 kənd, yəni bütün azərbaycanlı kəndləri məhv edilib. 7729 nəfər azərbaycanlı, o cümlədən 3257 kişi, 2276 qadın və 2196 uşaq vəhşicəsinə öldürülüb. 1919-cu ilin sonunadək buradan 60 min nəfərdən çox adam qovulub. 1917-ci ilin dekabrından 1918-ci ili iyununadək erməni daşnak millətçilərinin qoşunları İrəvan quberniyasında 200 azərbaycanlı kəndini çapıb, talayıb və yandırıblar. 100 min nəfərədək azərbaycanlı İrəvan, Eçmiədzin (Üçmüədzin), Şərur qəzalarını tərk etməyə məcbur olub. 1919-cu ilin axırına qədər yalnız Təzə Bəyazid, Eçmiədzin və İrəvan qəzaları üzrə var yoxu talanan azərbaycanlıların sayı 200 yüz min nəfərə çatmışdı. Onu da qeyd etmək lazımdır ki, Mehriyə bitişik ərazinin Ermənistana verilməsi sayəsində Naxçıvan bölgəsi süni şəkildə Azərbaycandan ayrı salınıb. 1948-1951-ci illərdə Stalin və Mikoyanın səyləri nəticəsində 100 mindən çox azərbaycanlı Qərbi Azərbaycandan (indiki Ermənistan adlanan) qovulub və bir çoxları dözməyərək həlak olub. Erməni millətçiləri bütün bunlarla kifayətlənməyib 1988-ci ildə Qərbi Azərbaycan torpağında yaşayanlara qarşı yeni genosid törətdilər. Erməni vəhşiləri 250 mindən çox azərbaycanlını öz tarixi torpaqlarından qovub didərgin salıb, var yoxdan çıxarıblar. 1988-ci ilin üç günü ərzində noyabrın 27-dən 29-dək Quqarakda, Spitakda, Stepyanda 33 və ümümiyyətlə, 100 nəfərdən çox azərbaycanlı öldürülüb. Quqarak rayonunun Gözəldərə kəndində 21 azərbaycanlı, o cümlədən 6 qadın və 3 uşaq öldürülüb. 1918-ci il mart faciələri nəticəsində Şamaxı qəzasının 58 kəndi dağıdılıb, Quba qəzasının 122 kəndi, Qarabağın dağlıq hissəsində 155-dən çox, Zəngəzur qəzasında 115, İrəvan quberniyasında 211, Qars vilayətində 92 kənd erməni vandalları tərəfindən yandırılıb. Büqtün bu vəhşiliklər erməni toplumunun iç üzünü nümayiş etdirir. Həm də sübuta yetirilir ki, erməni daşnakları heç zaman terror əməllərindən əl çəkməzlər. Çünki bu vəhşi toplumun qanı terrordan yoğrulub. Biz bunun əyani sübutunu 30 illik işğal dövründə gördük. Bu toplum 30 il ərzində Azərbaycanın yüzlərlə dinc insanını qətlə yetirdilər, onlarla şəhər və qəsəbəsini, kəndlərini dağıtdılar. Ağdamı, Fizulini "Qafqazın Xirosiması"na çevirdilər. Onları 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən Müharibəsi ilə məhv edib, susdurmaq mümkün oldu. Artıq erməni terroru qınına çəkilib. Çünki qorxur. Ehtiyat edir ki, Azərbaycanın "Dəmir yumruğu" hər an hərəkətə keçə bilər. Bu baxımdan sülhdən, birgəyaşayışdan danışır və bu yöndə xahişlər edirlər. Olsun, sülh çağırışına etinasız yanaşmaq olmaz. Hətta "Sülh müqaviləsi"nin imzalanması da mümkündür. Lakin heç zaman erməni vəhşiliklərini, soyqırımı aktlarını unutmaq olmaz.
İLHAM ƏLİYEV