Elm və təhsil nazirinin müavini Lənkəranda vətəndaşların müraciətlərini dinləyəcək

31 Mart 2026 12:09 (UTC+04:00)

Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə aprelin 2-də Lənkəran şəhərində vətəndaşların müraciətlərini dinləyəcək.

Nazirlikdən SİA-ya bildirilib ki, qəbulda Lənkəran və Lerik sakinləri iştirak edə bilərlər.

Adları çəkilən rayonların sakinləri aprelin 1-i saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 - 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının bölməsinə elektron formada və ya ‪‪‪‪+994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.

Qəbulda iştirak üçün qeydiyyat mütləqdir.