Azərbaycanın U-19 millisi seçmə mərhələdə Bolqarıstanla qarşılaşacaq

31 Mart 2026 10:17 (UTC+04:00)

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxacaq.

SİA xəbər verir ki, B qrupunda yer alan yığma səfərdə Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Plovdiv şəhərində yerləşən “Xristo Botev” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Matçı Ukraynadan olan hakimlər briqadası idarə edəcək.