Bakıda dəhşətli QƏTL - qardaş qardaşı güllələdi!

31 Mart 2026 02:17 (UTC+04:00)

Bakının Xəzər rayonunun Şağan qəsəbəsində qətl hadisəsi baş verib. Dünən axşam saatlarında 1990-cı il təvəllüdlü Qismət Teymurov ailə münaqişəsi zəminində qardaşı, 1985-ci il təvəllüdlü Qamət Teymurovu ov tüfəngi ilə qətlə yetirib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Mətləb