"Atamı son nəfəsində görə bilmədim" - Rasim Balayevin oğlu

30 Mart 2026 23:04 (UTC+04:00)

Mərhum Xalq artisti Rasim Balayevin oğlu Ülvi Balayev "Xəzər axşamı"na açıqlamasında atası barədə danışıb. O, atasının son nəfəsində yanında olmadığını bildirib:

"Artıq neçə aydır müalicə alırdı. Arada səhhətində dəyişikliklər olurdu. Amma son mərhələdə bədəni yoruldu, bütün enerji resursları tükəndi və buna görə də təslim oldu. Mən Bakıda idim, atamı son nəfəsində görə bilmədim. Bizim planımız, niyyətimiz başqa idi. Təəssüflər olsun ki, qismət olmadı".

Mətləb