"Hər şey aydın olacaq" - Tramp İran üçün 1 həftə vaxt qoydu

31 Mart 2026 00:03 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp yenə İranla bağlı danışıb. Ağ Ev rəhbəri New York Post qəzetinə müsahibəsində Tehrandakı proseslərin yaxın günlərdə daha da aydınlaşacağını bildirib.

Trampın sözlərinə görə, İran parlamentinin spikeri Qalibafın ABŞ-la əməkdaşlığa hazır olub-olmadığı tezliklə bəlli olacaq. ABŞ lideri bu barədə “təxminən bir həftəyə məlumat verəcəyəm” deyərək, Vaşinqtonun İran daxilində baş verənləri yaxından izlədiyini vurğulayıb.

Mətləb