Əhməd Əl Şaraanın Almaniyaya səfəri başlayıb

30 Mart 2026 15:16 (UTC+04:00)

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Almaniyaya səfəri başlayıb. Suriya lideri Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşüb.

Görüşdə ikitərəfli münasibətlərin gələcəyi və regiondakı vəziyyət müzakirə edilib, Yaxın Şərqdə sabitliyin təmin olunmasının vacibliyi vurğulanıb. Prezident Frank-Valter Ştaynmayer Almaniyanın Suriyada sabitliyin bərqərar olunması, yenidənqurma və islahatların həyata keçirilməsi işinə dəstək göstərməyə hazır olduğunu bir daha ifadə edib.

Mətləb