Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir

30 Mart 2026 11:39 (UTC+04:00)

Xalq artisti Rasim Balayevlə Akademik Milli Dram Teatrında vida mərasimi keçirilir.

SİA xəbər verir ki, vida mərasimində görkəmli aktyorun ailə üzvləri, sənət dostları, mədəni-ictimai xadimlər və media mənsubları iştirak edirlər.

Xalq artisti Birinci Fəxri xiyabanda dəfn olunacaq.