Azərbaycanın U-17 millisi Malta yığması ilə üz-üzə gəlir

30 Mart 2026 09:55 (UTC+04:00)

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II raundunda növbəti oyununu bu gün keçirəcək.

SİA-nın məlumatına görə, Aqil Nəbiyevin baş məşqçisi olduğu kollektiv Malta yığması ilə üz-üzə gələcək.

Bolqarıstanın Plovdiv şəhərində baş tutacaq matç Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.

Xatırladaq ki, B liqasının 2-ci qrupunda yer alan U-17 2 xalla üçüncü pillədə qərarlaşıb. Milli daha əvvəl Bolqarıstan (1:1) və Litva (0:0) ilə heç-heçə edib.