Avropanın bir sıra ölkələrində məktəblilərin telefondan istifadəsinə tətbiq edilən qadağa artıq təhsilin keyfiyyətində öz təsirini göstərir.
Bu proses Niderlandda ilk nəticəsini göstərib. Belə ki, 2024-cü ildən etibarən ölkənin məktəblərində smartfon, ağıllı saat və planşetlərin istifadəsi tam şəkildə məhdudlaşdırılıb. Qadağa yalnız dərs zamanı deyil, həm də fasilələrdə, dəhlizlərdə və yeməkxanalarda tətbiq olunur.
Bu təcrübənin nəticələrinə görə, məktəblərin 75 faizi dərslərdə diqqətin əhəmiyyətli dərəcədə artıb. Niderlandın rəsmiləri təxminən 65 faiz təhsil müəssisəsi şagirdlər arasında münasibətlərin yaxşılaşdığını, 30 faizi isə akademik göstəricilərdə yüksəliş qeydə alındığını açıqlayıblar.
Mətləb