Ermənistan millisi yenə məğlub oldu - bu dəfə Belarusa

29 Mart 2026 22:24 (UTC+04:00)

Futbol üzrə Ermənistan və Belarus milli komandaları arasında yoldaşlıq görüşü keçirilib. İrəvanda baş tutan matçda Belarus seçməsi 2:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, hər iki komanda gələn yay ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-dan kənarda qalıb. Seçmə mərhələnin nəticələrinə görə, Belarus C qrupunda 2 xalla, Ermənistan isə F qrupunda 3 xalla dördüncü pillədə qərarlaşaraq mundiala vəsiqə qazana bilməyiblər.

Mətləb