Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İranla münasibətlər barədə danışıb. Erməni mediasına açıqlamasında A.Mirozyan bildirib ki, İrəvan və Tehran arasında strateji tərəfdaşlıq haqqında müqavilənin bağlanması ilə bağlı müzakirələr İran ətrafındakı gərginlik səbəbindən müvəqqəti olaraq dayandırılıb. "Məlum səbəblərdən sənəd hazırda müzakirə olunmur", - deyə nazir vəziyyəti izah edib.
Bununla belə, Mirzoyan qeyd edib ki, Ermənistan tərəfi həm iranlı, həm də digər tərəfdaşları ilə təmaslarında öz mövqeyini daim çatdırır.
Mətləb