Deyəsən hakim qalmaqalı artıq İspaniya La Liqasında da dedi-qodu mövzusuna çevrilib. SİA xəbər verir ki, "Barcelona" klubunun prezidenti Joan Laporta hakimlərin onlara qaşı qərəzli olduğunu iddia edib. O, "El Pais"ə müsahibəsində bildirib ki, hakimlər katalon klubuna qarşı ədalətli davranmır:
“Mən həmişə düşünmüşəm ki, biz daha güclü olmalıyıq. Çünki hakimlər bizə qarşıdır. Görünür, onlar daim "Real"a kömək edir. ‘Barselona’ya qarşı açıq qərəz var”.
Mətləb