Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib

29 Mart 2026 11:59 (UTC+04:00)

Yağışlı hava şəraiti ilə əlaqədar Bakının Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

Bu barədə SİA-ya Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Qeyd edək ki, sözügedən yolda sürət həddi martın 25-də endirilmişdi.