Ankarada Azərbaycan mədəniyyətinə dair əsərlər sərgilənib - FOTOLAR

29 Mart 2026 11:40 (UTC+04:00)

Ankaradakı Anadolu Mədəniyyətləri Muzeyində "Anadolu öyküsü" adlı ənənəvi sərgi açılıb.

SİA xəbər verir ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Qazi Universiteti və Ankara Musiqi və İncəsənət Universiteti tərəfindən təşkil edilən sərgi bu il ikinci dəfə sənətsevərlərə təqdim olunur. Tədbirdə Anadolunun zəngin tarixi və dərin köklü mədəni irsinə dair nümunələr sərgilənir.

Proqramda Anadolu Xor Sənət Ansamblı, Ankara Musiqi və Gözəl Sənətlər Universitetinin Azərbaycan Muğan Qrupu milli musiqilərimizə dair əsərlər, muğamlar ifa ediblər.

Tədbirdə Ankara Şəhər Mədəniyyət və Turizm İdarəsi rəhbəri Erhan Karakaya, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Anadolu Mədəniyyətlər Muzeyinin direktoru Yusuf Kıraç, dövlət nümayəndələri, mətbuat təmsilçiləri, müəllimlər və tələbələr iştirak ediblər.

Açılışda çıxışçılar qədim Anadolunun min illərlə mədəniyyətlərə ev sahibliyi etdiyini qeyd edərək, Türk dünyasını və Azərbaycanın zəngin mədəniyyətinin, irsinin sənətin dili ilə bir araya gətirdiyini söyləyiblər.

Azərbaycan və Türkiyənin bir millət, iki dövlət şüarından irəli gələn qardaşlığının, mədəni dəyərlərinin sənət vasitəsilə gələcək nəsillərə çatdırılmasının önəmi qeyd edilib.

Sonra layihəyə dəstək verən tərəfdaş qurumlara mükafatlar təqdim edilib. Azərbaycan Mədəniyyət Mərkəzi xarici təmsilçiliklər arasında mədəni əlaqələrin daha da gücləndirilməsi, ortaq dəyərlərimizin tanıdılmasında töhfələrinə görə fəxri diplom təqdim edilib.

Sonra sərginin lenti kəsilib. Qazi Universiteti Rəssamlıq Məktəbinin tələbələri tərəfindən çəkilən rəsmlərdə Türk dünyasının tarixi, Anadolunun zəngin mədəniyyəti, Azərbaycanın mədəni irsinə dair maraqlı rəsm əsərləri, əl işləri nümayiş etdirilir. Sərgi ilə tanış olan qonaqlara müxtəlif rəsmlərin müəllifləri əsərləri haqqında məlumat veriblər.

Sərginin aprelin 2-dək ziyarətçilər üçün açıq olacaq.