Güləşçilərimiz Estoniyada 5 medal qazanıblar

29 Mart 2026 05:06 (UTC+04:00)

Estoniyada yeniyetmə güləşçilər arasında “Tallin Open” turniri keçirilib. SİA xəbər verir ki, ənənəvi yarışda Azərbaycanı U-17 milli komandanın böyük məşqçisi Mariya Stadnik və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında 7 güləşçi təmsil edib. Onların da 5-i fəxri kürsüyə qalxıb.

Fatimə Bayramova (53 kiloqram) keçirdiyi 7 görüşün hər birində qalib gələrək çempion olub. Nəzrin Əhmədli (49 kiloqram), Rəna Nuriyeva (61 kiloqram) və Simurə Abdullayeva (69 kiloqram) gümüş, Xədicə Qurbanzadə (49 kiloqram) isə bürünc medal qazanıb.

Mətləb