Qazax rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə Qazax-Əskipara avtomobil yolunda baş verib.
Minik maşınının "Kamaz" markalı yük avtomobilinə çırpılması nəticəsində minik maşınında olan sürücü 1971-ci il təvəllüdlü Yuxarı Əskipara kənd sakini Məzahir İbrahimxəlilov hadisə yerində vəfat edib. Faktla bağlı araşdırma başlanılıb.
Mətləb