Kəlbəcərdə dəhşətli qəza: 3 nəfər öldü - TƏCİLİ

29 Mart 2026 00:14 (UTC+04:00)

Kəlbəcər rayonunda üç nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun İstisu ərazisində qeydə alınıb.

İlkin məlumata görə, "Amazon" şirkətinə məxsus "Hovo" markalı yük maşınının aşması nəticəsində sürücü, Göyçay sakini Tural İsmayılov (1987) və sərnişinlər, Kəlbəcər sakinləri Vüsal Məhərrəmov (1984), Elvin İsmayılov (1995) ölüb.

Mətləb