...El Salvador Universitetinin professoru və həkim Sebastian La Rosa ömür uzunluğunu artırmağın qeyri-adi bir yolunu müəyyən edib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, onun dedikləri Men's Health tərəfindən sitat gətirilib.
Mütəxəssisin sözlərinə görə, söhbət sadəcə ömrünüzə il əlavə etməkdən deyil, ciddi məhdudiyyətlər və ya xəstəliklər olmadan sağlamlığınızı qorumaqdan gedir.
Mütəxəssis hesab edir ki, buna gündəlik qidalanmanı adi miqdarınızın təxminən 20-40 faizi azaltmaqla nail olmaq olar. O, həmçinin vacib qida maddələrində çatışmazlıqların qarşısını almağın və balanslı qidalanmanın vacibliyini vurğulayıb.
Həkimin sözlərinə görə, kalori qəbulunun orta dərəcədə azaldılması hüceyrə səviyyəsində yenilənmə proseslərini tetikleyebilir və ümumi sağlamlığa müsbət təsir göstərə bilər. Uzunömürlülüyə təsir edən digər amillər arasında həkim müntəzəm idman, stressin idarə olunması və kifayət qədər istirahəti qeyd edib.
Bundan əvvəl Britaniya sakini Con Kallou 105 yaşını qeyd etmiş və uzunömürlülük üçün reseptini bölüşmüşdü.
Kallou 1920-ci ildə anadan olub. Gəncliyində iplik fabrikində işləyib və daha sonra mühəndis olub.
2024-cü ilə qədər təqaüdçü öz evində müstəqil yaşamağa davam etdi, lakin sonra qocalar evinə köçmək qərarına gəlib. Bu qədər uzun ömrün sirri barədə soruşulduqda, britaniyalı gülümsəyir və cavab verir: əsas məsələ sadəcə nəfəs almağa davam etməkdir.
Nazlı Almuradova