Aleksandr Novak – Rusiya baş nazirinin müavini – 1 aprel tarixindən etibarən benzinin ixracının qadağan edilməsi ilə bağlı göstəriş verib. Novak bildirib ki, Orta Şərqdəki böhran səbəbilə neft və neft məhsullarının qiymətlərində ciddi dalğalanmalar müşahidə olunur. O qeyd edib: “Bununla yanaşı, xarici bazarlarda Rusiya enerji resurslarına yüksək tələbat müsbət amil olaraq qalır.”
SİA xarici KİV-ə istinadən xəbər verir ki,
Rusiya hökumətinin yaydığı yazılı açıqlamada Novakın neft sektorundakı vəziyyətlə bağlı rəsmilərlə keçirdiyi iclasda səsləndirdiyi fikirlərə yer verilib.
İclas zamanı Orta Şərqdəki böhran səbəbilə neft və neft məhsullarının qiymətlərində ciddi dəyişkənlik yaşandığını vurğulayan Novak yenə bildirib: “Bununla yanaşı, xarici bazarlarda Rusiya enerji resurslarına yüksək tələbat müsbət faktor olaraq qalır.”
Novak əlavə edib ki, Rusiyada neft məhsullarının paylanması sabit şəkildə davam edir: “Sektordakı şirkətlər kifayət qədər benzin və dizel yanacağı ehtiyatlarının mövcud olduğunu və ölkədaxili tələbatı qarşılamaq üçün neft emalı zavodlarının yüksək güclə işlədiyini təsdiqləyib.”
Daxili bazarda sabitliyin qorunacağını və daxili bazarın prioritet olacağını qeyd edən Novak, 1 aprel tarixindən etibarən benzin ixracının qadağan edilməsi üçün Rusiya Energetika Nazirliyinə müvafiq qərar layihəsinin hazırlanması barədə tapşırıq verib.
Rusiya daxili bazarda sabitliyi təmin etmək üçün zaman-zaman müxtəlif yanacaq növlərinin ixracına qadağa tətbiq edir.
Dünyanın ən böyük neft məhsulları istehsalçılarından biri olan Rusiyanın ötən il təxminən 5 milyon ton benzin istehsal etdiyi təxmin edilir.