Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 14 ədəd güc transformatoru istehsal edilib.
SİA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 84 % azdır.
Təkcə fevralda 6 ədəd məhsul istehsal edilib. Bu, 1 il əvvələ nisbətən 87 % azdır.
Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda 280 ədəd güc transformatoru istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 75 % azdır.