Bakıda və Abşeronda yağıntının miqdarı aylıq normanın 440 faizidir

28 Mart 2026 11:58 (UTC+04:00)

Martın 28-i saat 11:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, ölkə ərazisində intensiv xarakterli yağıntılı hava şəraiti davam edir, dağlıq ərazilərə qar yağır.

Xınalıqda düşən qarın miqdarı 39 milimetr (aylıq normanın 104 faizi), əmələ gələn qar örtüyünün hündürlüyü isə 10 santimetrdir, Şahdağda 35 (aylıq normanın 93 faizi), əmələ gələn qar örtüyünün hündürlüyü isə 49 santimetrdir, Qrızda 60 (aylıq normanın 146 faizi), qar örtüyünün hündürlüyü 17 santimetr, Kəlbəcərdə 7, Laçında 5, Qubadlı, Şuşada 1 santimetrdir.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 104 millimetr qeydə alınıb ki, bu da aylıq normanın 440 faizidir (təxminən 4 dəfədən çox). Kürdəmirdə 69 (aylıq normanın 201 faizi), Qusarda 68 (aylıq normanın 181 faizi), Xızıda 67 (aylıq normanın 149 faizi), Xaçmazda 61 (aylıq normanın 251 faizi), Xaltanda 60 (aylıq normanın 160 faizi), Qobustanda 56 (aylıq normanın 77 faizi), Şamaxıda 52 (aylıq normanın 71 faizi), Qubada 52 (aylıq normanın 138 faizi), Şəkidə 47 (aylıq normanın 74 faizi), Şabranda 44 (aylıq normanın 190 faizi), Oğuzda 39 (aylıq normanın 47 faizi), Qəbələdə 38 (aylıq normanın 42 faizi), Bərdədə 29 (aylıq normanın 109 faizi), Tərtərdə 29 (aylıq normanın 109 faizi), İsmayıllıda 26, Göyçayda 25 (aylıq normanın 56 faizi), Ağsuda 23, Yevlaxda 22 (aylıq normanın 91 faizi), Naftalanda 22 (aylıq normanın 115 faizi), Qaxda (Sarıbaş) 22, Mingəçevirdə 21 (aylıq normanın 72 faizi), Daşkəsəndə 20, Ağdamda 19 (aylıq normanın 54 faizi), Zərdabda 19 (aylıq normanın 66 faizi), Gədəbəydə 18, Sabirabadda 17 (aylıq normanın 56 faizi), Goranboyda 16 (aylıq normanın 83 faizi), Şəmkirdə 15 (aylıq normanın 54 faizi), Neftçalada 14 (aylıq normanın 48 faizi), Zaqatalada 13, İmişlidə 12 (aylıq normanın 40 faizi), Balakəndə 12, Şahbuzda 11, Tovuz, Sədərək, Şərur, Biləsuvarda 9, Astarada 8, Gəncə, Beyləqanda 7, Ordubad, Naxçıvanda 6, Göygöldə 5, Ağstafa, Culfa, Lerikdə 3, Yardımlıda 2, Lənkəran, Xankəndi, Xocalı, Füzulidə 1 millimetrdir.

Şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti saniyədə Daşkəsən, Şahdağ, Qubada (Qrız) 20, Şabran, Bakıda və Abşeron yarımadasında 18 metrə çatıb.