Futbol üzrə Azərbaycan millisi bu gün “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində ilk oyununa çıxıb. SİA xəbər verir ki, Ayxan Abbasovun baş məşqçilik etdiyi komanda Sent Lüsiya yığması ilə üz-üzə gəlib. Bu, Azərbaycan millisinin 2026-cı ildə ilk oyunu olub. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunan görüş yığmamızın 6:1 hesablı qalibiyyəti ilə yekunlaşıb. Bu, millimizin tarixinə ən böyükhesablı qələbə kimi düşüb.
Qeyd edək ki, hazırda Azərbaycan millisi FİFA reytinqində 125-ci, Sent Lüsiya isə 167-ci yeri tutur. Azərbaycan millisi martın 30-da Syerra Leone yığması ilə qarşılaşacaq.
Mətləb