ABŞ-ın nüvə arsenalı - Türkiyədə saxlanılan atom bombalarının sayı nə qədərdir?

27 Mart 2026 22:14 (UTC+04:00)

ABŞ Müdafiə Nazirliyi ballistik raketlər və strateji bombardmançı təyyarələr vasitəsilə daşınması nəzərdə tutulan təxminən 3700 nüvə başlığı ehtiyatına malikdir. 2026-cı ilin fevral ayına olan bu rəqəmlər Amerika Alimləri Federasiyasının (FAS) araşdırmasında əks olunub. Məlumata görə, sursatların sayı ötən illə müqayisədə dəyişməz qalıb. Ümumi 3,7 min döyüş başlığından yalnız 1770-i daşıyıcı qurğularda yerləşdirilib, təxminən 1930-u isə ehtiyatda saxlanılır.

Bundan əlavə, silahlanmadan çıxarılmış 1340 döyüş başlığı utilizasiya olunmasını gözləyir. Bunlar da nəzərə alınmaqla, ABŞ-nin ümumi nüvə arsenalının həcmi 5000-ə çatır.

Döyüş vəziyyətində olan başlıqlardan 400-ü Montana, Şimali Dakota və Vayominq ştatlarındakı bazalarda "Minuteman III" qitələrarası ballistik raketlərində (ICBM), təxminən 970-i isə ballistik raketlərlə təchiz edilmiş sualtı qayıqlarda yerləşdirilib. Həmçinin, 300 başlıq ABŞ-nin strateji aviasiya bazalarında saxlanılır, təxminən 100 taktiki nüvə bombası isə Türkiyə, İtaliya, Belçika, Almaniya və Niderlanddakı Avropa bazalarında yerləşdirilib.

Mətləb