Messinin şərəfinə tribuna - Tarixdə bir ilk!

27 Mart 2026 23:26 (UTC+04:00)

"İnter Mayami" yeni stadionunun Şərq tribunasına futbolçusu Lionel Messinin adını verib. SİA xəbər verir ki, bu barədə klubun mətbuat xdməti məlumat yayıb. Beləliklə, Messi dünya futbolu tarixinə daha bir meyarda düşəcək. Aktiv oyunçunun onun adını daşıyan tribunaya malik stadionda oynaması dünyha futbolu tarixində ilk hal olacaq. Yeni "İnter Mayami" arenasının açılışı aprelin 4-də keçiriləcək.

Messi 2023-cü ildən bəri MLS təmsilçisinin formasını geyinir. Onun klubla müqaviləsi 2028-ci ilə qədərdir.

Mətləb