Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlər 9 %-ə yaxın artıb

27 Mart 2026 17:21 (UTC+04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2 milyard 534,2 milyon manat olub.

SİA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,9 % çoxdur.

Bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 938,4 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 76,5 %-ni təşkil edib.

İki ayda hər bir ölkə sakini orta hesabla 246,9 manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 31,6 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.