Naxçıvanın dağlıq ərazilərinə qar yağır

27 Mart 2026 17:17 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasında qeyri-sabit hava şəraiti müşahidə olunur.

Muxtar Respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, hazırda muxtar respublikanın aran rayonlarına yağış, dağlıq və dağətəyi zonalarına isə qar yağır.

Yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir.