İran Hörmüz boğazının tamamilə bağlandığını elan etdi...

27 Mart 2026 16:38 (UTC+04:00)

...İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazının gəmiçilik üçün bağlandığını elan etdi.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ictimaiyyətlə əlaqələr şöbəsinin açıqlamasında bildirilir.

...İran İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazının dəniz nəqliyyatı üçün bağlandığını elan etdi və qadağanı pozmağa çalışan gəmilərin sərt cavabla qarşılaşacağı barədə xəbərdarlıq etdi, - deyə nəşr qeyd edir.

Onlar bildiriblər ki, "İsrail-Amerika ittifaqı" ilə əlaqəli limanlara gedən və ya oradan çıxan bütün gəmilərin marşrutdan asılı olmayaraq tranzit hərəkəti qadağandır.

İran İslam İnqilabı Keşikçiləri Korpusu bu səhər müxtəlif ölkələrdən olan üç konteyner gəmisinin boğazdan icazə verilən zolaqlar vasitəsilə keçməyə cəhd etdiyini bildirib. Lakin onlar kursu dəyişib geri qayıtmağa məcbur olublar. Onlar həmçinin ABŞ administrasiyasının Hörmüz boğazının açıq olması iddiasını təkzib ediblər.

Xülasə, İran İslam İnqilabı Keşikçiləri Korpusu qadağanı pozaraq boğazdan istifadə etməyə çalışan hər kəsin "sərt cavab"la qarşılaşacağını bildirib.

Əli Babayev