...Səudiyyə Ərəbistanı ABŞ-ın İrana qarşı zərbələrinə qoşulmağı düşünür və Vaşinqtonu hərbi kampaniyanı gücləndirməyə çağırır.
SİA xəbər verir ki, bu barədə The Guardian qəzeti Səudiyyə kəşfiyyatındakı mənbəyə istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, ölkənin faktiki lideri, vəliəhd şahzadə Məhəmməd bin Salman ABŞ prezidenti Donald Trampı İrana qarşı müharibəni dayandırmamağa çağırıb.
Gərginliyə çağırışlar...
Ər-Riyad hazırkı hərbi kampaniyanı Yaxın Şərqdə güc balansını dəyişdirmək üçün "tarixi fürsət" hesab edir. Səudiyyə tərəfi təkcə əməliyyatı davam etdirməkdə deyil, həm də genişləndirməkdə israr edir.
Müharibədə mümkün iştirak Səudiyyə Ərəbistanı hələ təxminən bir aydır davam edən müharibədə birbaşa iştirak etməsə də, ekspertlər onun münaqişəyə daxil olmasını istisna etmirlər.
Bu, xüsusən də Pakistanın vasitəçiliyi ilə həyata keçirilən sülh təşəbbüsləri uğursuz olarsa baş verə bilər.
ABŞ-ın mövqeyi...
Mənbələrə görə, ABŞ prezidenti Donald Tramp Ər-Riyadın mövqeyini dəstəkləyir və vəliəhdi İranla qarşıdurmada müttəfiq adlandırır
Əli Babayev