Qardaş ölkədə güclü zəlzələ oldu

27 Mart 2026 13:54 (UTC+04:00)

Pakistanın Kəşmir bölgəsində 5,3 bal gücündə zəlzələ baş verib.

SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri Battaqram şəhərindən 277 km şimal-şərqdə, ocağı isə 35 km dərinlikdə yerləşib.

Tələfat və ya dağıntı barədə məlumat verilməyib.