"Bu kuboku Seneqaldan almaq oğurluqdur"

26 Mart 2026 23:26 (UTC+04:00)

Seneqal Futbol Federasiyasının prezidenti Əbdülaye Fall Afrika Futbol Konfederasiyasının 2026-cı il Afrika Millətlər Kubokunu Mərakeşə vermək və meydanı tərk etdiyinə görə Seneqalı texniki məğlubiyyətlə cəzalandırmaq qərarına münasibət bildirib. "L`Equipe" nəşrinin yazdığına görə federasiya rəhbəri bunu ədalətsizlik adlandırıb. SİTAT:

"İdman tariximizin ən kobud və ədalətsiz qərarı ilə üzləşən Seneqal Futbol Federasiyası belə vəziyyətə etiraz edir. Bu, oğurluqdur. Seneqal diz çökməyəcək və dəyərlərindən güzəştə getməyəcək."