…Analar günü şərəfinə Dubay şahzadəsi Məhəmməd bin Rəşid Əl Məktum "evdar qadın" termininin işləməyən qadınlar üçün daha yüksək "nəsil formalaşdıran" termini ilə əvəz edilməsini təklif edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Gulf Today xəbər verir.
Yeni təyinatın bütün rəsmi dövlət sənədlərində, eləcə də Əmirliklərin şəxsiyyət vəsiqələrində istifadə edilməsi gözlənilir.
Bu termin həmçinin sosial proqramlarda və ictimai məkanlarda da təbliğ olunacaq.
Qeyd olunur ki, bu təşəbbüs anaların ailələrin və bütövlükdə cəmiyyətin formalaşmasında həlledici rolunu vurğulayır, analığı ümumi qəbul edildiyi kimi passiv məişət rolu deyil, millət quruculuğuna aktiv töhfə kimi yenidən təsəvvür edir. Yeri gəlmişkən, bir müddət bundan əvvəl Kazanda Qadın İslam Mərkəzinin tezliklə açılacağı bildirilirdi.
Nazlı Almuradova