İsrail uçuş qadağasını uzatdı...

26 Mart 2026 19:43 (UTC+04:00)

İsrail aviasiya hakimiyyəti İsrail hava məkanından istifadəyə qoyulan məhdudiyyətləri bir daha uzadıb.

Məhdudiyyətlərin uzadılması qərarı mövcud vəziyyətin təhlilinə əsaslanır.

SİA xəbər verir ki, “The Jerusalem Post” qəzetinin məlumatına görə, Yaxın Şərqdəki silahlı münaqişə səbəbindən İsrail İran və Hizbullahın raket hücumlarına məruz qalır.

Xarici aviadaşıyıcılar üçün uçuş qadağası 16 aprelə qədər qüvvədədir.

Əli Babayev