"Xarici liderlərlə görüşmək üçün mən xahiş edirəm, məndən xahiş edəni xatırlamıram"

26 Mart 2026 22:02 (UTC+04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün mediaya açıqlamasında maraqlı fikirlər açıqlayıb. Ermənistan hökumətinin başçısı xarici liderlərə görüşləri barədə danışıb. O, Rusiya, ABŞ, Fransa və Almaniyanın necə ölkələr olduğunu və AB-nin nə olduğunu başa düşdüyünü bildirib:

SİTAT: “Adətən mən görüş üçün xahiş edirəm, mənə görüş müraciəti olmur. Və bu normaldır. Mən hər kəsdən görüş istəyirəm və mənim üçün bu, alçaldıcı deyil. Bütün görüşlər əsasən mənim təşəbbüsümlə baş tutub. Qarşı tərəfin istəyi ilə görüşü xatırlamıram.

Rusiya prezidenti məndən görüş istəməlidirmi? Aydındır ki, mən xahiş etməliyəm. Bəs kim xahiş etməlidir? Yoxsa Fransa prezidenti məndən görüş üçün xahiş etməlidir? Başqa cür düşünmək reallıqdan uzaqlaşmaq deməkdir".

Mətləb