“ABŞ-ın İrandakı quru əməliyyatı ilə bağlı qərar verildi...”

26 Mart 2026 14:37 (UTC+04:00)

...ABŞ-ın İranda quru əməliyyatı üçün mümkün hazırlıqları ilə bağlı məlumatlar ortaya çıxıb.

SİA xəbər verir ki, bu barədə The Wall Street Journal qəzetinin jurnalisti Aleks Uord mənbələrə istinadən məlumat verib.

Onun sözlərinə görə, Konqresdəki ən azı üç respublikaçı, o cümlədən Nümayəndələr Palatasının və Senatın Silahlı Qüvvələr Komitələrinin rəhbərləri belə bir əməliyyatın artıq planlaşdırıldığını və tezliklə başlaya biləcəyini bildirirlər.

Bir müddət əvvəl “The Jerusalem Post” qəzeti ABŞ-ın İran neft ixracatının təxminən 90 faizinin keçdiyi əsas mərkəz olan Xarq adasına nəzarəti ələ keçirmək üçün quru əməliyyatına başlamaqdan başqa "çarəsi qalmayacağı" bir ssenarini nəzərdən keçirdiyini bildirmişdi.

...Və Axios da oxşar planlar barədə məlumat vermişdi.

Əli Babayev