”Səmərəli fəaliyyət və sosial rifah dövlətin əsas prioritetdir”.
Bunu SİA-ya açıqlamasında AMEA Azad Həmkarlar İttifaqının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov bildirib.
O qeyd edib ki, sosial dövlət nəzəriyyədə deyil dövlətimizin praktiki olaraq sosial siyasətinin göstəriciləri ilə təsdiq olunub: “Bu siyasətin qarşısında çevik, operativ, məmnunluq yaradan, modern və səmərəli idarəetmə prinsipləri dayanır. Cəmiyyətimizə məlumdur ki, Cənab Prezidentin fəaliyyətinin böyük bir hissəsi bu prosesin yüksək səviyyədə təminatina yönəlib. Təbii ki, dövlət qulluqçularının peşəkarlıq səviyyəsi ilə rifah halının, sosial təminatının uzlaşdırılması məsələsi çox önəm kəsb edir. Çünki, bu amil yuxarıda göstərdiyimiz dövlət siyasətində praktiki fəaliyyətin səmərəlilik dinamikasını şərtləndirir. Stimul verir, tələblə hədəf arasında uğurlu nəticə yaradır.
Cənab Prezidentin 19 mart 2026 çi il Fərmanı ilə dövlət qulluqçularının maaşı təminatının ədalət meyarları ilə sistemli və şəffaf formada, həm də kifayət qədər artımla müəyyən olunması bir daha yeni inkişafa doğru çağırışdır . Bu Fərman dövlətin qarşıya qoyduğu uğurlu siyasətin praktiki baxımdan həyata keçirilməsi üçün Cənab Prezidentin etimadı, qulluqçuların isə etimad qarşısında vicdan və məsuliyyətidir.
Çünki, biz sosial siyasətin davamlı xəttində bilavasitə dövlət tərəfindən etimad göstərilən qulluqçuların ən vacib vəzifəsini vətəndaşlarımıza qayğıda, onların rifah halının, problemlərinin həllindəki rolunda görürük. Bu proses illərdir ki, islahatlarla yenilənir, dövlətin qayğısı isə ilbə il artır. Bu qayğını cəmiyyətimizə layiqli şəkildə çatdıran praktiki fəaliyyətə cəlb olunmuş səkahiyyətli şəxslərdir. Bu da aydındır ki, prosesin dayanıqlığı və əhəmiyyəti vəzifəli şəxslərin hər birinin fərdi məsuliyyəti ilə bağlıdır. Məsuliyyət özü bir xidmətdir dövlətə dəstəkdir. Daha sonra peşəkarlıq və siyasi strategiyanın mahiyyətini dərk etmək. Hesab edirəm ki, bu proses uğurla aparılır. Yenilikçi, çevik, şəffaflığa bağlı kadrlar mərhələlərlə güclü dövlət ideyasında avanqard rolunu oynayacaqlar. Cəmiyyətimizin məmnunluq hisslərini bundan sonra da təmin edəcəklər
Əminəm ki, digər sahələrdə də sosial rifahın yaxşılaşdırılması, əmək haqqlarının ehtiyac meyarları ilə uzlaşdırılmasına yönələn davamlı addımlar bundan sonra da dövlətimizin diqqətində olacaqdır”.