Azərbaycanda 2 ayda istehsal edilən propilenin həcmi açıqlanıb

26 Mart 2026 10:34 (UTC+04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 21,3 min ton propilen istehsal edilib. SİA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19 % azdır.

Bu il martın 1-nə ölkədə 0,5 min ton hazır məhsul ehtiyatı olub. 2025-ci ildə Azərbaycanda 144 min ton propilen istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 19 % çoxdur.

Mətləb