Trampın müavini gələn ay Macarıstana gedəcək

26 Mart 2026 10:02 (UTC+04:00)

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Avropa ölkəsində keçiriləcək parlament seçkilərindən əvvəl 7-8 aprel tarixlərində Macarıstana səfər etməyi planlaşdırır.

Bu barədə "Politico" Dövlət Departamentinin sənədinə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, Vensin Budapeştə səfəri hazırkı ABŞ administrasiyasının Macarıstanın Baş naziri Viktor Orbana dəstəyini nümayiş etdirmək məqsədi daşıyır.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp əvvəllər də Orbana dəstəyini bildirmişdi.

Mətləb