Azərbaycanlı hakim Avropa Çempionatına təyinat aldı

26 Mart 2026 05:06 (UTC+04:00)

Azərbaycanın minifutbol hakimi Ramil Namazov bu il Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək Avropa çempionatına təyinat alıb.

SİA xəbər verir ki, referi turnirin oyunlarını idarə edəcək 14 ədalət təmsilçisi arasında yer alıb.

Qeyd edək ki, mayın 27-dən iyunun 4-dək təşkil olunacaq Avropa çempionatında Azərbaycanın minifutbol yığması da çıxış edəcək. Milli komanda Fransa, İtaliya və Avstriya seçmələri ilə birlikdə F qrupunda mübarizə aparacaq.