Donald Tramp mayda Çinə gedir

26 Mart 2026 02:03 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp və Çin sədri Si Szinpinlə görüşəcək. SİA-nın məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Karolina Levitt deyib.

K. Levitt bildirib ki, görüş 14-15 may tarixlərində Pekində baş tutacaq. Həmçinin vurğulanıb ki, Çin liderinin ABŞ-a cavab səfəri bu ilin sonlarında gözlənilir.

Mətləb