"Erməni xalqı buna qərar versə, bu, müharibə deməkdir" - Paşinyandan XƏBƏRDARLIQ

25 Mart 2026 22:04 (UTC+04:00)

Ermənistanda seçkilər yaxınlaşdıqca dramatik gərginlik yaranıb. Xüsusilə Qarabağ kartını yenidən işə salmaq üçün yüz yola baş vuran revanşist qruplar Ermənistanda siyasi xaos yaratmaq üçün çalışırlar. Ermənistan Baş naziri Nikol Paşinyan bəyan edib ki, bu gün Mülki Müqavilə Partiyası “Qarabağ hərəkatı”nı davam etdirməyən yeganə siyasi qüvvədir.
Digər bütün qüvvələr isə onu davam etdirəcəklərini söyləyirlər. O əlavə edib ki, əgər xalq davam etmə qərarı verərsə, bu, müharibə deməkdir. SİTAT: "Ermənistan xalqı iyunun 7-də keçiriləcək parlament seçkilərində bir suala cavab verməlidir: “Qarabağ hərəkatı” davam edir, ya yox. “Qarabağ hərəkatı” müharibədir. Bizdə onu etiraf etməyə güc var ki, “Qarabağ hərəkatı” adı altında ölkəmizi xarici geosiyasi maraqların qurbanına çevirmişik. Bunu çox gec başa düşdük. Elə siyasi qüvvələr də var ki, bunu nə başa düşüb, nə də başa düşəcək”.

Mətləb