Gəncədə "Mercedes" açıb, 4 nəfər xəsarət alıb

25 Mart 2026 22:14 (UTC+04:00)

Gəncə şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Cavad Xan qəsəbəsində qeydə alınıb. "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq səkidəki ağacları sındırıb və aşıb. İlkin məlumata görə, qəzada 9 yaşlı Y. H, 14 yaşlı T. Hümbətova və daha iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralıların bir ailənin üzvü olduğu ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.

Mətləb