Ötən gecə ərzində Rusiya hava hücumundan müdafiə vasitələri ölkə ərazisi üzərində 389 Ukraynaya məxsus pilotsuz uçuş aparatını (PUA) ələ keçirərək məhv edib.
SİA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, PUA-lar Moskva regionu və Leninqrad vilayəti üzərində, həmçinin Bryansk, Smolensk, Kaluqa, Kursk, Tver, Oryol, Belqorod, Tula, Pskov, Novqorod və Voloqda vilayətləri üzərində vurulub.