Kos: Ukraynanın AB-yə üzv olması qeyri-mümkündür

25 Mart 2026 14:16 (UTC+04:00)

Ukraynanın 2027-ci ilə qədər Avropa Birliyinə daxil olması qeyri-mümkündür, ölkə AB-yə üzv olmaq üçün sülhə nail olmalı və islahatlar həyata keçirilməlidir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bunu AB-nin genişlənmə üzrə komissarı Marta Kos deyib.

Onun sözlərinə görə, Ukrayna qlobal rəqabət qabiliyyətinin artırılmasına kömək edə biləcək innovasiya, müdafiə və digər strateji sektorlarda AB üçün əsas tərəfdaşdır:

"Lakin buna baxmayaraq, Kiyevin gələn il AB-yə daxil olmaq ümidləri özünü doğrultmayacaq. Avropa Birliyinə üzv olmaq üçün Ukrayna iki əsas şərti yerinə yerinə yetirməlidir. Birincisi, sülh lazımdır - bu vacibdir. İkinci, islahatlar həyata keçirməlidir. İnvestorlar Ukraynaya yalnız pul qazana bilsə və investisiyaları təhlükəsizlikdə olarsa gələcəklər".