Ötən gün 11 kiloqramdan çox narkotik aşkarlanıb

25 Mart 2026 12:22 (UTC+04:00)

Azərbaycanda martın 24-də ümumi çəkisi 11 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ötən gün paytaxt və respublikanın ayrı-ayrı rayonlarında bir avtomat silahı, bir qumbara, 14 tüfəng və 45 ədəd patron aşkar edərək götürüblər.