Azərbaycanda yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ

25 Mart 2026 12:19 (UTC+04:00)

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində martın 25-i axşam və 27-də arabir yağış yağacağı gözlənilir.

Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, yağıntının yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi ehtimalı var.